Ağabala Ramazanov və Kamran Abdullazadə “Xəzər Lənkəran”a qoşuldu
09.07.2013 - 14:33
Ağabala Ramazanov və Kamran Abdullazadə “Xəzər Lənkəran”a qoşuldu
Avroliqanın I təsnifat mərhələsinin ilk oyunundan sonra Maltada qalan “Xəzər Lənkəran” dünən vətənə dönüb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, orda daha 5 gün hazırlıq keçən və bir yoxlama oyununa çıxan “ağ-yaşıllar” dünən Valletta - Bakı çarter reysi ilə birbaşa vətənə qayıdaraq vaxt itirmədən Lənkərana yola düşüb.

Axşam saatlarında Lənkəranda ilk məşqini keçirən “Xəzər Lənkəran” bu gün daha iki məşqə çıxacaq. Belə ki, səhər məşqində bütün heyət hazırlığa qatılıb. Zədəli futbolçular da daxil olmaqla əsgəri xidmətini başa vuran Ağabala Ramazanov, eləcə də millidən dönən Kamran Abdullazadə də komanda ilə birgə “Slima Uonderers” ilə cavab oyununa ciddi səylə hazırlaşır.