Daha 2 azərbaycanlı futbolçu Türkiyə klubunda
09.07.2013 - 14:58
Saşa Yunisoğlunun ardından daha 2 azərbaycanlı futbolçu karyerasını qardaş ölkə Türkiyədə davam etdirə bilər. Apasport.az saytının “Gaziantep 27” qəzetinə istinadən verdiyi məlumata görə, Cəmşid Məhərrəmovla Tural Hümbətov “Qaziantep BB”də baxışdadır.
Onlar hazırda Türkiyənin 1-ci dəstə klubunun Qaski adlı bazasında baş tutan məşqlərində iştirak edir. Hər 2 futbolçu haqqında qərar iyulun 13-dək veriləcək.
Qeyd edək ki, Cəmşid Məhərrəmovun son klubu “Kəpəz” olub. “Zenit”in yetirməsi olan və mərkəz müdafiəçisi mövqeyində çıxış edən Tural Hümbətov isə ötən ilə kimi U-19 yığmamıza da çağırılırdı.

0
0