“Boluspor”, “Xəzər Lənkəran”, PSV
09.07.2013 - 15:12
“Fənərbaxça” növbəti mövsümə hazırlıq proqramı çərçivəsində keçirəcəyi yoxlama oyunlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin vitse-çempionu “Xəzər Lənkəran”la Lənkərandakı yoldaşlıq görüşündən öncə vətənində, daha doğrusu Bolu şəhərində “Düzcə stadionu”nda matç keçirəcək. Bu, iyulun 19-da I liqa təmsilçisi “Boluspor”la yerli vaxtla saat 19:07-da (Bakı vaxtilə saat 21:07-da) başlayacaq oyundur.
“Fənər” iyulun 21-də Lənkəran şəhər mərkəzi stadionuna Bakı vaxtilə saat 20:00-da çıxacaq. Komanda bundan 3 gün sonra isə öz stadionu olan “Şükrü Saracoğlu”da Hollandiya çempionu PSV ilə qüvvəsini sınayacaq. Həmin oyun yerli vaxtla saat 21:45-də (saat 23:45-də) başlayacaq.

0
0