Elvin Məmmədov 4 oyunluq cəzalandırıldı
09.07.2013 - 15:45
Həvəskarlar arasında ölkə birinciliyinin “Mehdiabad” – “Şəfəq” matçının 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Elçin Abbasov azarkeşləri təhqir edib və bir neçə azarkeşlə dava edib. Apasport.az saytının məlumatına görə, həmin anda “Şəfəq”in digər futbolçuları da baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən dayandırılıb və münaqişənin qarşısı alınıb.
Nəticədə oyun başa çatdırılmayıb. İntizam Komitəsi isə iyulun 7-də baş verən bu oyunla bağlı müvafiq qərarlar qəbul edib. Belə ki, Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5 oyunluq cəzalandırılıb. “Şəfəq”in digər futbolçuları - Emil Cəfərov və Elvin Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzaya məruz qalıb.
Qeyd edək ki, “Şəfəq”in təqsiri nəticəsində qarşılaşma sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

0
0