“Adanaspor” azərbaycanlı müdafiəçini baxışdan keçirir
09.07.2013 - 16:20
“Adanaspor” azərbaycanlı müdafiəçini baxışdan keçirir
Azərbaycanlı futbolçu Elnur İsmayılov Türkiyənin “Adanaspor” klubunun düşərgəsində yer alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz təlim-məşq toplanışına qatıldığı I liqa təmsilçisinin hazırlığında ötən mövsümlərarası fasilədə də olub. Transfer gününün sonuna qədər sınanan Elnuru həmin vaxt baş məşqçi olan Levent Eriş bəyənmişdi. İsmayılov son gündə sənədləri hazırlayarkən kompensasiya ilə bağlı problem çıxmış və müqaviləyə imza atmasına baxmayaraq məsələ həll olunmamışdı.

Sağ cinah müdafiəçisi olan Elnura hazırkı çalışdırıcı Ekrem Al da baxacaq. O, futbolçumuzu bəyənərsə, transferi gerçəkləşəcək. İsmayılov təzminatı ilə bağlı problemin tam həll olunacağını bildirib.