“Simurq” yunan və türk klubları ilə qarşılaşacaq
09.07.2013 - 20:36
Təlim-məşq toplanışının ikinci mərhələsini başa vuran "Simurq" 3 günlük istirahətə buraxılıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də yenidən bir araya gələcək komanda hazırlığı davam etdirmək üçün gecə saatlarında Avstriyaya yola düşəcək.
İyulun 28-nə qədər orada qalacaq Zaqatala təmsilçisi Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşacaq.
Komanda təlim-məşq toplanışının üçüncü mərhələsi çərçivəsində dörd yoxlama görüşü keçirdəcək. "Simurq"un Avstriyadakı rəqiblərindən artıq ikisi məlumdur. Georgi Çixradzenin yetirmələri iyulun 16-da Yunanıstanın "Olimpiakos", 27-də isə Türkiyənin "Kayserispor" klubları ilə qarşılaşacaq.

0
0