İspaniyalı hücumçu “Land of fire Azerbaijan” formasında - FOTO
09.07.2013 - 21:25
İspaniyalı hücumçu “Land of fire Azerbaijan” formasında -  FOTO
“Altetiko”nun “Barselona”dan transfer etdiyi hücumçu David Vilya bu gün tibbi müayinədən uğurla keçib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu ilk dəfə olaraq üzərində “Land of fire Azerbaijan” yazılan Madrid klubunun formasını geyinib.

İndi Vilya və “Atletiko”nın aralarında rəsmi müqaviləni bağlamaq qalıb.

Qeyd edək ki, İspaniya təmsilçisi Davidlə 3 illik müqavilə imzalayacaq. Vilyanın transfer dəyəri 5.1 milyon avrodur. Futbolçu pulunu üç mərhələdə alacaq. Yəni 2.1 milyon avronu bu il, 2 milyon avronu gələn il və 1 milyon avronu isə iki il sonra əldə edəcək. Bundan başqa, madridlilər Davidi satarsa, qazanacaqları pulun 50%-ini "Barselona"ya ödəyəcək.