“Bavariya”nın 4 oyunçusu Avropanın ən yaxşı futbolçusu adına namizəddir
09.07.2013 - 22:26
UEFA Avropanın ən yaxşı oyunçusu adına layiq görüləcək namizəd futbolçuların adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda yer alan 10 futbolçudan 4-ü Çempionlar Liqasının qalibi olan “Bavariya”nın oyunçularıdır.
Digərləri isə “Real”ın, “Barselona”nın, "Tottenhem"in, PSJ-nin, "Borussiya"nın və "Mançester Yunayted"in şərəfini qoruyur.
Mükafatın verilmə mərasimi avqustun 29-da, Çempionlar Liqasının qrup mərhələsinin püşk atması çərçivəsində Monakoda olacaq. Bu futbolçulara səsvermə UEFA-nın bütün assosiasiyalarını təqdim edən idman jurnalistləri tərəfindən olacaq. Münsiflər heyəti avqustun 6-da daha çox xal toplayan üç namizədi elan ediləcək. Monakoda püşk atma zamanı jurnalistlər xüsusi elektron sistemin köməyi ilə birbaşa yayımda səs verib qalibi seçəcəklər.
Qeyd edək ki, bu ada 2011-ci ildə “Barselona”nı hücumçusu Lionel Messi və ötən il (2012) isə Andres İnyesta layiq görülüb.
Avropanın ən yaxşı oyunçusu adına layiq görüləcək namizəd futbolçular:
Aren Robben (Hollandiya, “Bavariya”), Bastian Şvaynştayqer (Almaniya, "Bavariya"), Qaret Beyl (Uels, "Tottenhem"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Lionel Messi (Argentina, "Barselona"), Robert Levandovski (Polşa, "Borussiya"), Robin van Persi (Hollandiya, "Mançester Yunayted"), Tomas Müller (Almaniya, "Bavariya"), Frank Riberi (Fransa, "Bavariya").

0
0