“Xəzər Lənkəran” axşam məşqinə çıxdı
09.07.2013 - 23:46
“Xəzər Lənkəran” axşam məşqinə çıxdı
Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə cavab oyunöncəsi “Xəzər Lənkəran” daha bir məşq keçirib. Apasport.az saytının məlumatına görə, cənublular iyulun 9-da saat 19:30-da stadionun əsas meydançasında məşqə çıxıb.

Əsasən taktiki hazırlıq və toplu çalışmalar planında qurulmuş hazırlıq prosesi iki tərəfli oyunla yekunlaşaraq, ümumilikdə bir saat davam edib.

Mənbə: 12cioyuncu.info