“Neftçi” ilə heç-heçə etdi, “Xəzər Lənkəran”ın potensial rəqibinə qalib gəldi
10.07.2013 - 03:05
Ötən gün ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” ilə qarşılaşan “Terek” həmin gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, flaqmanla qolsuz heç-heçə edən Rusiya premyer-liqası təmsilçisi bizə tanış olan komanda ilə üz-üzə gəlib.
Belə ki, ötən mövsümü 8-ci pillədə başa vuran Yuri Krasnojanın yetirmələri Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibi “Makkabi” (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə Çeçenistan klubu minimal hesabı ilə qalib gəlib - 1:0.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyulun 11-də Malta “Slima”sına qalib gəldiyi təqdirdə, Avropa Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisinə rəqib olacaq.

0
0