“Qəbələ”dən ayrıldı, Çinə getdi
10.07.2013 - 08:26
“Qəbələ”dən ayrıldı, Çinə getdi
“Qəbələ” ilə yollarını ayıran sloveniyalı futbolçu Luka Jinko özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını Asiyada davam etdirəcək.

Belə ki, ötən mövsüm başa çatan kimi klubsuz qalan Luka Çinin “Hançjou Qrintaun” komandasına keçib. Karyerası ərzində vətəni ilə yanaşı Azərbaycan, Fransa, Türkiyə, Kipr və Rusiyada çıxış edən yarımmüdafiəçi ilk dəfə Asiyada top qovacaq.

Qeyd edək ki, Luka bu ilin yanvarında transfer olunduğu “Qəbələ”nin heyətində Premyer Liqada 8 oyun keçirib və 1 qol vurub.