Avropa Liqasındakı təmsilçilərimiz sabah uduzacaqlar?
10.07.2013 - 10:43
Azərbaycan klubları sabah Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “Qarabağ”ın müvafiq olaraq, “Slima” (Malta) və “Metallurq”u (Makedoniya) qəbul etdiyi gündə “İnter” Finlandiyada “Mariehamn”ın qonağı olacaq.
Ağdamlılar 1:0 hesablı səfər qələbəsinin ardını gətirməyə çalışacaqsa, digər 2 təmsilçimiz qollu heç-heçələri (1:1) qələbə ilə davam etdirmək əzmindədir.
Lakin klublarımız ilk növbədə iyulun 11-i ilə bağlı uğursuz tarixi dəyişməlidirlər.
Belə ki, bu tarixdə keçirdiyimiz avrokubok qarşılaşmaları istisnasız məğlubiyyətlərlə bitib. Səfərdə keçirdiyimiz 3 qarşılaşmada futbolçularımız qol üzünə həsrət qalıblar. Əvəzində, klublarımız ümumilikdə 0:10 hesabı ilə yeniliblər.
Ən ağır zərbəni isə “Qarabağ” alıb. Azərbaycana “Böyük beşlik”dən rəqib gətirən ilk komanda kimi tarixə düşən ağdamlılar Bakıdakı 0:3 hesablı məğlubiyyətdən sonra Fransada daha ağır yenilgi yaşamışdı.
1999/2000, İntertoto kuboku
Monpelye (Fransa) – Qarabağ – 6:0
2001/02, Çempionlar Liqası
Barri Taun (Uels) – Şəmkir – 2:0
2006/07, Çempionlar Liqası
Sioni (Gürcüstan) – Bakı – 2:0

0
0