“Qaziantep BB” azərbaycanlının əvəzinə kamerunlu aldı
10.07.2013 - 10:25
Cəmşid Məhərrəmov və Tural Hümbətovun baxışda olduğu “Qaziantep BB” mərkəz müdafiəçisi alıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin I dəstə klubu kamerunlu Armand Deumini alıb.
Son klubu “Karabükspor” olan 34 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Deumi 2007-2010-cu illərdə “Qaziantepspor”da çıxış etdiyindən, bu şəhərə yenidən qayıtdığı üçün sevindiyini bildirib.
Qeyd edək ki, “Zenit”in yetirməsi olan Tural Hümbətov mərkəz müdafiəçisidir. “Kəpəz”də dayaq yarımmüdafiəçisi kimi oynayan Cəmşid Məhərrəmov isə müdafiənin mərkəzində çıxış etmək təcrübəsinə malikdir.

0
0