“Qarabağ” konqolu hücumçunu iştirak ərizəsinə daxil etdi
10.07.2013 - 11:46
Sabah Avroliqada Skopye “Metallurq”u ilə cavab oyununa çıxacaq “Qarabağ” UEFA-dakı iştirak ərizəsinə daha bir futbolçu əlavə edib. Apasport.az saytının məlumatına görə, bu, İordaniya çempionu “Şabab Əl-Ordon”dan gəlmiş konqolu hücumçu Ulriş Kapolonqodur.
Türkiyənin Kızılcahamam bölgəsindəki hazırlıqlarda da iştirak etmiş konqolunun iştirak ərizəsinə gec daxil edilməsinin səbəbi afrikalı futbolçunun sənədlərinin qaydasında olmaması ilə bağlı idi. O, sabah makedoniyalılara qarşı meydana çıxarsa, 88 nömrəli formanı geyəcək.
Qeyd edək ki, “Qarabağ” komandadan ayrılmış hücumçular - Branimir Subaşiç və Emeka Oparanın yerinə “Bohum”dan Nikoloz Gelaşvili və Ulriş Kapolonqonu alıb.

0
0