“Rəvan” polşalı qapıçı ilə müqavilə bağladı
10.07.2013 - 14:44
Yeni mövsümə hazırlığı davam etdirən “Rəvan” heyəti gücləndirmək yolunda fəaliyyətini davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu dəfə heyətə yeni futbolçu qatmasa da, əsas oyunçulardan biri olan Lukaş Sapela ilə müqavilənin müddətini uzadıb. Belə ki, 30 yaşlı polşalı qolkiper növbəti mövsümün sonuna kimi “aslan” olacaq.
Qeyd edək ki, daha öncə Şəhriyar Rəhimovla başa çatan müqavilə yenilənmiş, futbolçu ilə 2 illik razılıq əldə olunmuşdu. Bundan başqa, “Rəvan” bu yay artıq 5 transferi rəsmiləşdirib. Bunlar Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov, Bəxtiyar Soltanov və Novruz Məmmədovdur.

0
0