“Fırtınalar meydanı”nda maraqlı tendensiya
10.07.2013 - 14:58
“Xəzər Lənkəran”ın Avropa miqyaslı oyunlarında maraqlı tendensiya yaranıb. Apasport.az saytının məlumatına görə, cənublular Lənkərandakı doğma stadionunda keçirdiyi beynəlxalq matçlarında bir qayda olaraq heç-heçə edirlər.
Bu, 2010-cu ildən başlayaraq məhz Avropa Liqasında oyunlarında olur. Belə ki, lənkəranlılar həmin vaxt Ağasəlim Mircavadovun başçılığı altında Moldovanın “Olimpiya” klubu ilə 1:1 hesablı bərabərliyə qaldılar. İlk oyunda qolsuz heç-heçə edən “Xəzər Lənkəran” evdə buraxdığı qola görə mübarizədən kənarda qaldı.
Növbəti il rumıniyalı Mirça Rednikin baş məşqçisi olduğu komanda Təl-Əviv “Makkabi”si ilə cavab matçında qolsuz heç-heçə etdi. İlk oyunda 1:3 hesabı ilə uduzan cənub klubu mübarizəni yenə I mərhələdə dayandırdı.
Nəhayət, ötən il Yunis Hüseynovlu “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda bərabərlikləri sıraladı. Özü də hər 2 mərhələdə ilk ev oyunu bu stadionda oldu. Lənkəranlılar Estoniya “Nomme Kalyu”su ilə 2:2, ardından Polşa “Lex”i ilə 1:1 hesablı bərabərliyə qaldı. Cavab matçlarına gəlincə, Tallində 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayan komanda Poznanda uduzdu – 0:1.
Göründüyü kimi, “Xəzər Lənkəran” öz arenasında keçirdiyi 4 oyunun hamısında heç-heçə edib. Komanda bunadək öz stadionundan UEFA icazə vermədiyinə görə istifadə edə bilmirdi. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda rəqiblərini qəbul edən cənublular UEFA kubokunda Moldova “Nistru”suna 1:2, “Lex”ə 0:1 hesabı ilə uduzmuşdusa, Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə bərabərliyə qalmışdı – 1:1.
Sabah Malta “Slima”sını qəbul edəcək lənkəranlıların ilk oyunda da 1:1 hesablı heç-heçə etməyi diqqəti çəkən məqamdır. Maraqlıdır, Lənkəranda yenə sülh qeydə alınacaq?

0
0