“Skenderbeu” Bakıya gələcəyi tarixi açıqladı
10.07.2013 - 15:54
“Skenderbeu” Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunla əlaqədar Bakıya gələcəyi tarixi açıqlayıb. Apasport.az saytının məlumatına görə, rəqib matçdan 2 gün öncə - iyulun 15-də paytaxtımıza təşrif buyuracaq. Həmin gün Tirana hava limanından çıxacaq albaniyalılar İstanbula gəlib, ordan Bakıya təşrif buyuracaqlar.
Komanda ilk məşqini “Neftçi” ilə üzləşəcəyi “Bakcell Arena”da Bakı vaxtilə saat 20:45-də edəcək.
Komanda ilk məşqini “Neftçi” ilə üzləşəcəyi “Bakcell Arena”da Bakı vaxtilə saat 20:45-də edəcək.
0
0