“Benfika”dan 35 milyon avroluq müqavilə - FOTO
10.07.2013 - 16:13
“Benfika”dan 35 milyon avroluq müqavilə - FOTO
Argentina millisinin və ölkəsində “Arsenal Sarandi” klubunun şərəfini qoruyan Lisandro Lopes karyerasını Portuqaliyada davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, 23 yaşlı mərkəz müdafiəçisi bundan sonra “Benfika”nın uğurları üçün çalışacaq.

Tibbi müayinədən uğurla keçən argentinalı yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Lopesin müqavilə dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, Lopes “Arsenal Sarandi”nin heyətində 2010-cu ildən etibarən meydana çıxdığı 122 oyunda rəqib qapılarına 17 qol vurub.