Elxan Məmmədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10.07.2013 - 16:42
Elxan Məmmədov “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
Bu gün İspaniyada AFFA-nın baş katibi Elxan Məmmədovla "Barselona" klubunun prezidenti Sandro Rosell arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə ümumilikdə Azərbaycan futbolunun inkişafı, xüsusilə uşaq futbolu və marketinq sahəsində görülən işlər müzakirə olunub.

Məmmədovla Rosell bu işlərin həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də danışıblar. Müzakirələr zamanı AFFA ilə "Barselona" klubu arasında qarşılıqlı əlaqələrə də toxunulub.

Mənbə: affa.az