Asim Xudiyev Marionun işinə qiymət verəcək
10.07.2013 - 17:03
Asim Xudiyev Marionun işinə qiymət verəcək
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sabiq futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstana səfər edəcək.

O, iyulun 16-da paytaxt Tbilisidə keçiriləcək “Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) oyununu izləyəcək. O, Maltadan olan referi Alan Mario Santın başçılıq etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.