Muarem Muarem: Oyun günü də oruc tutacam – MÜSAHİBƏ
10.07.2013 - 17:15
Avropa Liqasının I təsnifat mərhələsində sabah “Metallurq”la (Makedoniya) qarşılaşacaq “Qarabağ” klubunun yarımmüdafiəçisi Muarem Muaremin apasport.az saytına müsahibəsi
- Komandanız sabah baş tutacaq oyuna hazırdır?
- Təbii ki. Çətin olacağını bilirik. Səfərdən sərfəli nəticə ilə döndük. Bakıdakı görüşdə çox diqqətli olmalıyıq. Qolsuz heç-heçə üçün oynamamalıyıq. Çünki 1:0 hesabı sürüşkən nəticədir.
- Baş məşqçi futbolçulara hansı tapşırıqları verib?
- Diqqətli və ehtiyatlı olmağımızı söylədi. Bunu hər zaman deyir. 1:0 hesabı təminatlı deyil. Qələbə qazanmaq lazımdır.
- “Metallurq”un özəlliyi hansıdır?
- Açıq futbol oynayır. Müdafiəyə qapılıb, gözləmir. Bu da bizim sevdiyimiz oyun üsuludur. Fiziki cəhətdən də yaxşı hazırlaşıblar. Öz meydanlarında məğlub olduqlarına görə, burdakı oyunda da açıq futbola üstünlük verəcəklər.
- Rəqibi analiz edəndə, hansısa nəzərə almadığınız cəhətlər oldumu ki, ilk oyunda bu amil özünü göstərdi?
- Onları yaxşı analiz etmişdik. Məşqçilərimiz rəqib haqda bizə lazım olan informasiyaları vermişdi. 2-3 il əvvəl qarşılaşdığımız “Metallurq”da başqa futbolçular oynayırdı. İndi gənclər üstünlük təşkil edir. Çox qaçırlar. Bizə çətin anlar yaşatdılar. Burda da çətinlik olacağını düşünürəm. Asan təslim olmayacaqlar.
- Makedoniya vətəndaşısınız. Buna görə Makedoniyadan sizinlə əlaqə saxlayıb, danışmaq istəyən jurnalist olubmu?
- Xeyr, heç kim əlaqə saxlamayıb. Lazım olan məlumatların hamısını internetdən toplayıblar. Həm də telefon nömrəmi dəyişmişəm, ola bilsin buna görə əlaqə saxlaya bilməyiblər. Zəng vursaydılar, danışardım.
- “Qarabağ”la bağlı hansısa informasiya istəsələr, deyəcəkdiniz?
- Baxır suala. Azərbaycan futbolu ilə bağlı suallar olsaydı, cavablandıracaqdım. Klubla bağlı isə ətraflı heç nə deməzdim.
- Bu gün Ramazan ayının ilk günüdür. Oruc tutmusunuz?
- Bəli.
- Bəs oyun günü oruc tutacaqsınız? Bu, sizə problem yaratmayacaq?
- Biz peşəkarıq. Nəyi, necə etmək lazım olduğunu bilirik. Oyun günü bacarsam, oruc tutacam. Çətin iş gördüyümüzü anlayırıq. İlk dəfə deyil. Klubda heç kim oruc tutmağı qadağan etməyib.
- Komandada zədəli oyunçu varmı?
- Xeyr. Hamı oyuna tam hazırdır.
- Nəticə ilə bağlı proqnoz verə bilərsiniz?
- Çətindir. Ancaq meydana 0:0 hesabını qorumaq üçün çıxmayacağıq. İşimiz çətin olacaq. Rəqib müqavimət göstərəcək. Ancaq biz qələbə qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, sonda istədiyimiz məqsədə nail olacağıq.

0
0