“Bəlkə məndən qorxur?”
10.07.2013 - 17:26
“Bəlkə məndən qorxur?”
“Yuventus”un yeni transferi Karlos Teves 2014-cü ildə Braziliyada təşkil olunacaq futbol üzrə dünya çempionatında iştirak etmək şansının az olduğunu deyib. Apasport.az saytının xəbərinə görə, 29 yaşlı forvard buna səbəb kimi Argentina millisinin baş məşqçisi Alexandro Sabelya ilə münasibətlərinin yaxşı olmamağını göstərib: “Başa düşmürəm, Sabelya məni niyə dəvət etmir. Bəlkə məndən qorxur? Mənim üçün kənarda qalmaq çox çətindi”.

Xatırladaq ki, Sabelya 2011-ci ilin iyulundan milli komandanın baş məşqçisidir və həmin vaxtdan Tevezə dəvət göndərməyib.