Əli Gökdəmirin komandası 16 qol vurdu
10.07.2013 - 17:52
Millimizin futbolçusu Əli Gökdəmir “Hannover 96”da növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi Almaniya toplanışı zamanı 6-cı görüşündə həvəskar komanda “Kuitt”in daşını daş üstdə qoymayıb – 16:1.
Maraqlıdır ki, 16 qolu cəmi 5 futbolçu vurub. Gökdəmirə gəlincə, o, son 2 yoxlama oyununda olduğu kimi meydana fasilədən sonra daxil olub. Futbolçumuz yaponiyalı sağ cinah müdafiəçisi Hiroki Sakaini əvəzləyib.
Qeyd edək ki, bundan öncə “Hannover 96” “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1, “Vayxe”yə 4:0 və “Ramlingen/Ehlershauzen”ə 5:0 hesabı ilə qalib gəlib. Yalnız şlezviqlilərlə matçda 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyib.

0
0