Con Toşak: Çoxları deyir ki...
10.07.2013 - 19:08
Con Toşak: Çoxları deyir ki...
“Sabah “Slima” ilə baş tutacaq oyuna ciddi hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis “Slima” ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi bu gün keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Rəqibə hörmətlə yanaşırıq. Bir çoxları deyir ki, maltalılara yuxarıdan aşağı baxırıq. Xeyr, belə düşünmürəm. Sabah mərhələ keçmək üçün bacardığımız qədər əlimizdən gələni edəcəyik. Komandada zədəli futbolçular yoxdur və bu da məni çox sevindirir. Heyətdə hər şey qaydasındadır. İndi potensial rəqibimiz “Makkabi” haqqında danışmaq istəmirəm. Hazırda diqqətimizi “Slima” ilə oyuna yönəltmişik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Slima” matçı sabah saat 20:00-da start veriləcək. Oyunu belçikalı FİFA referisi Vim Smet idarə edəcək.