“Bakıdakı meydanda həqiqətən həzz alırdım” – MÜSAHİBƏ
11.07.2013 - 08:38
“İnter”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Mariehamn”ın kapitanı Yani Lüüski klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, əsas komandada 1998-ci ildə - 15 yaşında debüt edən yarımmüdafiəçi indi klubunu Avropada təmsil edəcək.
- Avropada ilk ev oyununuz öncəsi təəssüratlarınız necədir?
- Əlbəttə, bir gözəl gündə Avropada oynamaq arzum idi. Ancaq mən bunu “Mariehamn”la etməyi daha çox istəyirdim. İndi bu an baş verib və yığışaraq “İnter”lə cavab oyununa hazırlığı bitiririk.
- Bakıdakı matç yadınızda necə qaldı?
- Bu, məndə böyük təəssürat oyatdı. Əlbəttə, Stokholmda oynadığımız əsas matçlara böyük azarkeş kütləsi gəlirdi. Ancaq bu ilk dəfə idi ki, mən həqiqətən meydanda həzz alırdım. Bakıda oynamaq doğrudan maraqlı idi. Mən bu matçı həmişə xatırlayacağam.
- Cavab oyunu haqda nə düşünürsünüz?
- Bizim mərhələ keçməyə yaxşı şansımız var. Çünki evdən kənarda heç-heçə bizim üçün yaxşı nəticədir. Buna görə də “İnter”i mübarizədən kənarlaşdıraraq irəliləyə bilərik. Yəqin ki, rəqib də keçmək üçün böyük güc sərf edəcək. Ancaq biz oyunda vaxtında təşəbbüsü öz əlimizə almalıyıq.
- Avropada oynamağınız yerli insanların diqqətini necə çəkir?
- Biz qayıtdıqdan sonra insanlar gəlib bizi yaxşı nəticə münasibətilə təbrik etdilər. Bu, futbolumuzda önəmli hal olduğunu göstərir. Ümid edirəm ki, “İnter”lə bugünkü oyunumuza çoxlu azarkeş gələrək, bizi həqiqətən çılğın dəstəkləyəcəklər.

0
0