5-ci dəfə İsrail səddi
11.07.2013 - 23:03
Avrokuboklarda 5-ci dəfə Azərbaycan və İsrail klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq Hayfa “Makkabi”si də cənublular kimi 1 dəfə bu duellərin iştirakçısı olub. Maraqlıdır ki, nə Lənkəran təmsilçisi, nə də hayfalılar bu rəqibi keçə bilməyib. “Xəzər Lənkəran” digər “Makkabi” – Təl-Əviv təmsilçisinə, Hayfa klubu isə “Qarabağ”a yenilib. Ümumilikdə isə 4 dueldən 3-də israillilər mərhələ keçib. Baş tutan 8 qarşılaşmada Azərbaycan klublarının 1, israillilərin isə 5 qələbəsi var. Cəmi 2 qarşılaşma bərabərliklə bitib. Top fərqində isə 3 qt üstünlük rəqiblərin tərəfindədir – 15:5.
1999/00 İK Makkabi (Hayfa, İsrail) - Qarabağ 1:2
1999/00 İK Qarabağ - Makkabi (Hayfa, İsrail) 0:1
2009/10 AL Simurq - Bney Yehuda (İsrail) 0:1
2009/10 AL Bney Yehuda (İsrail) - Simurq 3:0
2011/12 AL Makkabi (Təl Əviv, İsrail) - Xəzər Lənkəran 3:1
2011/12 AL Xəzər Lənkəran - Makkabi (Təl Əviv, İsrail) 0:0
2012/13 ÇL Hapoel (Kiryat Şmona, İsrail) - Neftçi 4:0
2012/13 ÇL Neftçi - Hapoel (Kiryat Şmona, İsrail) 2:2

0
0