UEFA “Xəzər Lənkəran” klubunu beşinci yerdə göstərdi
12.07.2013 - 13:05
Avropa Liqasının I təsnifat mərhələsinin yekun statistik göstəriciləri açıqlanıb. Apasport.az-ın xəbərinə görə, UEFA-nın rəsmi saytının hesablamalarında Azərbaycan təmsilçiləri arasında da fərqlənənlər var.
“Qarabağ”ın müdafiəçisi Qara Qarayev qayda pozuntularında çox irəli gedib. Belə ki, 9 dəfə fola yol verən həmyerlimiz mərhələnin 2-ci göstəricisinə şərikdir.
“Xəzər Lənkəran”ın hücumçusu Junior Nildo da fərqlənənlərdəndir. Braziliyalı 4 dəfə oyundankənar vəziyyətə düşməklə, 7-ci nəticənin şərikləri sırasındadır.
Cənub təmsilçisinin özü isə qeyri-dəqiq zərbələrdə seçilib. Lənkəran klubu 2 oyunda 22 dəfə qapıdan yan keçən zərbələr vurub. Bu göstərici Avropa Liqasında 5-cidir.

0
0