Alvaro Silva: Bu amil Toşakı qane etməmişdi - MÜSAHİBƏ
12.07.2013 - 18:00
Avropa Liqasının I təsnifat mərhələsində Malta “Slima”sını mübarizədən kənarlaşdıran “Xəzər Lənkəran” klubunun ispaniyalı yarımmüdafiəçisi Alvaro Silva 1:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- “Slima” ilə matçın 89 dəqiqəsini kənardan izlədiniz. Oyun necə görünürdü?
- Əvvəla onu deyim ki, hava şəraiti əlverişsiz idi. Belə istidə oynamaq çox çətindir. Digər tərəfdən, Avropa Liqasının oyunları hər zaman çətin keçir. Çünki avrokuboklarda asan komanda yoxdur. Bu cür oyunlar zamanı ölkə çempionatında keçirdiyimiz qarşılaşmaların fərqini görürük. Həm də “Slima” müdafiəyə çox qapanmışdı. Bu cür komandalara qol vurmaq çətin olur.
- Komanda ikinci hissədə zəif təsir bağışladı. Halbuki, hava nisbətən sərinləşmişdi...
- Qol vurmaq üçün imkanlarımız oldu. Sadəcə, reallaşdıra bilmədik. Rəqib müdafiəyə çəkilməklə oyunu istədiyimiz şəkildə davam etdirməyə imkan vermədi.
- Maltadakı oyunda ilk “11-lik”də yer alsanız da, bu dəfə meydana son dəqiqələrdə çıxdınız. Bu, baş məşqçinin taktiki gedişi idi, yoxsa səfər oyunundakı çıxışınızdan narazı qalmışdı?
- Heyəti qurmaq baş məşqçinin səlahiyyətində olan işdir. İlk oyunda meydana buraxdı, sadəcə, qol şansımı boşa verdim. Təbii ki, bu amil Toşakı qane etməmişdi. Özüm də oyunumdan razı qalmadım. Ehtiyatda qalmağın bununla bağlı olub-olmadığını dəqiq deyə bilmərəm. Çalışacağam ki, qarşıdakı məşqlərdə özümü yaxşı tərəfdən göstərim və “Makkabi” ilə oyunda yenidən start “11-lik”də yer alım.
- Növbəti mərhələdə “Makkabi” ilə qarşılaşacaqsınız. Rəqib haqda nə deyə bilərsiniz?
- Ətraflı məlumatım yoxdur. Ancaq İsrail çempionatının daha güclü olduğunu bilirəm. Ona görə də növbəti rəqibimizin “Slima”dan daha güclü olduğunu söyləyə bilərəm. Ətraflı bilgiləri baş məşqçi qarşıdakı günlərdə verəcək. O, bizə necə oynamalı olduğumuzu məşq prosesində anladacaq.
- Bu günkü oyunla “Makkabi”ni keçə biləcəksiniz?
- Futbolda əvvəlcədən heç nə demək olmaz. Rəqibin güclü olduğunu bilirik. Lakin biz də hazırlaşacağıq. İstəyirik ki, Avropa Liqasında daha çox mərhələ keçək.

0
0