“İnter”dən maraqlı STATİSTİKA
12.07.2013 - 15:58
“İnter” Avropa miqyaslı turnirlərdə səfərdə daha yaxşı oynadığını növbəti dəfə nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bunu son olaraq Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubunu səfərdə 2:0 hesabı ilə yenməklə göstərdi. Bürünc medalçımız rəqiblə ilk oyunda evdə 1:1 hesablı bərabərliyə qalmaqla işini çətinləşdirmişdi.
Bakılılar tarixində artıq 3-cü dəfə mərhələ adlayıb ki, hamısında məhz rəqib meydanında qazanılan nəticə həlledici olub. Belə ki, “İnter” 2008-ci ildə Avropada debütü zamanı – Çempionlar Liqasında (ÇL) Makedoniyanın “Rabotniçki” klubunu Skopyedə 1:1 hesablı heç-heçə ilə keçdi. Bakıdakı matç 0:0 nəticələndiyindən, səfərdə vurduğumuz qol növbəti mərhələnin qapısını üzümüzə açdı.
Ötən il isə “İnter” Estoniyada “Trans”a 5:0 hesabı ilə qalib gəlməklə, evdəki cavab matçını formallığa çevirdi. “Bankirlər” bundan sonra Yunanıstan “Asteras”ını mübarizədən kənarlaşdıra bilməsə də, onun meydanında da evdə olduğu kimi 1:1 hesablı bərabərliyə imza atdı. Yəni Tripolidə əlavə vaxtı da nəzərə alsaq, 120 dəqiqədə uduzmayan bakılılar oyun sonrası penaltilərdə yenildi.
Kaxaber Sxadadzenin yetirmələri 2010-cu ildə ÇL-də həmin aqibətlə üzləşmişdi. Belə ki, Polşada “Lex”ə 1:0 qalib gələn komandamız 2 oyunun nəticəsinə görə ümumi hesabı bərabərləşdirdi. Matç sonrası penaltilər isə “İnter” üçün uğursuz oldu.
Ümumiyyətlə, “bankirlər” Avropada rəqib meydanında keçirdiyi 7 oyunun yalnız 2-də uduzub. Bu, 2008-ci ildə ÇL-də “Partizan”a Belqradda 0:2, ondan 1 il sonra Avropa Liqasında Trnavada “Spartak”a 1:3 hesablı məğlubiyyətdir. UEFA komandamızın hazırkı turnirin II təsnifat mərhələsində Norveçin “Tromse” klubu ilə iyulun 18-də ilk oyununun yerini dəyişdirdiyindən, Avropada yubiley – 15-ci matçını da səfərdə keçirməli olmağı diqqət çəkir.
Qeyd edək ki,“İnter”in sələfi olan “Xəzər Universiteti” də 2004-cü ildə UEFA kubokunda mərhələni səfərdəki nəticə - Avstriyada “Kazino”ya verilən 3:0 hesablı texniki məğlubiyyət hesabına keçmişdi.

0
0