Yığmamızın üzvündən 6-cı darmadağın
12.07.2013 - 17:21
Millimizin futbolçusu Əli Gökdəmir “Hannover 96”da növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi Almaniya toplanışı zamanı sayca 7-ci yoxlama görüşünü “Tselle”yə qarşı keçirib.
Qarşılaşma “Hannover 96”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Gökdəmir yenə oyuna fasilədən sonra çıxıb. O, bu dəfə seneqallı müdafiəçi Salif Saneni əvəzləyib. Futbolçumuz müdafiənin mərkəzində çıxış edib.
Qeyd edək ki, bundan öncə “Hannover 96” “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1, “Vayxe”yə 4:0, “Ramlingen/Ehlershauzen”ə 5:0 və “Kuitt”ə 16:1 hesabı ilə qalib gəlib. Yalnız şlezviqlilərlə matçda 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyib.

0
0