“Neftçi”nin rəqibi qovduğu futbolçuya “elçi düşüb”
12.07.2013 - 17:51
“Neftçi”nin rəqibi qovduğu futbolçuya “elçi düşüb”
“Neftçi”nin Çempionlar Liqasında ilk rəqibi olan Albaniyanın “Skenderbeu” klubu Corc Muzakanı yenidən heyətində görmək istəyir. Apasport.az saytının məlumatına görə, komanda yarımmüdafiəçini iyunda Avstriyaya təlim-məşq toplanışına gedən zamanı qovmuşdu. Ancaq hazırda oyunçu sarıdan korluq çəkən Korça təmsilçisi daha bir mövsüm qalmaq istəyən Corcu qaytarmaq fikrinə düşüb. Hətta bununla əlaqədar artıq danışıqlara başlandığı bildirilir.

Ancaq Muzaka bunu təkzib edərək, Albaniyanın digər təmsilçisi “Flamurtari”də oynayacağına ümid edir: “Mənim “Skenderbeu” rəhbərliyi ilə əlaqələrimin olduğu həqiqətən deyil. “Flamurtari” ilə danışıqlar masası arxasına əyləşməyi gözləyirəm. Komandada oynamaq üçün hər iki tərəfin istəyinin olmağı vacibdir. Mən hələ maliyyə planında danışmamışam. Bunu rəhbərliklə söhbətimdə dəqiqliklə edəcəyəm. Əgər “Flamurtari”yə keçidim baş tutmasa, “Skenderbeu”ya dönə bilərəm? Hər şey ola bilər”.