Millimiz finala çıxa bilmədi - YENİLƏNİB
12.07.2013 - 21:54
Millimiz finala çıxa bilmədi - YENİLƏNİB
Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün turnirin yarımfinal mərhələsi keçirilib.

1/4 finalda Bəhreyn yığmasını (3:2) məğlub edib, yarımfinala keçən millimiz bu dəfə Omanla qarşılaşıb. Baş məşqçi Nazim Süleymanovun yetirmələrinin finala gedən yolda qarşısını asiyalılar kəsib. Komandamız Oman hərbçilərinə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, A qrupunda yarışan millimiz Malini 4:0, Kanadanı 2:0 və İraqı 3:0 hesabı ilə məğlub edib.


Hərbçilər arasında dünya kuboku
Yarımfinal
12 İyul

AZƏRBAYCAN – Oman - 1:2
QOLLAR: Cavid Hüseynov, 45+2 - Əbdüləziz Əl-Maqbali, 70-pen, Haşim Əl- Baluşi, 89
Qırmızı vərəqə: Hüseyn Axundov, 81
Bakı. “Dalğa Arena”