AFFA-nın qəbul etmədiyi oyun Kayseridə keçiriləcək
12.07.2013 - 19:36
AFFA-nın qəbul etmədiyi oyun Kayseridə keçiriləcək
Türkiyə Superkuboku uğrunda keçiriləcək matçın məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əzəli rəqiblər - “Qalatasaray” - “Fənərbaxça” qarşılaşması ölkə xaricində baş tutmayacaq.

Belə ki, daha əvvəl sözügedən oyun üçün Türkiyə və Makedoniya Futbol Federasiyalarının nümayəndələri arasında razılıq əldə olunduğu bildirilmişdi. Lakin TFF ölkə çempionları ilə kubokun sahiblərinin görüşünü Kayserinin “Kadir Has” stadionuna təyin edib. Qarşılaşmanın başlama vaxtı isə daha sonra açıqlanacaq.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək bu matç üçün daha əvvəl TFF AFFA-ya müraciət etmişdi. Lakin AFFA vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi. Daha sonra İsveç və Makedoniya finalı ölkələrində keçirmək üçün TFF-yə bildirsə də, federasiya bunu qəbul etməyərək hər iki ölkənin futbol federasiyalarına təşəkkür etmişdi.