“İnter” braziliyalı müdafiəçinin adını UEFA-ya göndərir
12.07.2013 - 21:25
“İnter” braziliyalı müdafiəçinin adını UEFA-ya göndərir
“İnter” Norveçin “Tromsö” klubu ilə oyuna kimi UEFA-ya daha 2 futbolçunun adını daxil edə bilər. Apasport.az saytının məlumatına görə, bunlardan biri mərkəz müdafiəçisi, digəri isə hücumçu olacaq.

Artıq apasport.az-a mərkəz müdafiəçisinin adı məlumdur. Bu, braziliyalı Joan Paulodur. Tam adı Joan Paulo de Souza Dantaş olan futbolçu “İnter”ə Braziliyanın B seriyası klubu olan “Braqantino”dan gəlib. Bu futbolçu ilə müqavilə əslində çoxdan bağlanıb. 1+1 illik müqaviləyə imza atan müdafiəçi yeni komandasının oyununu “Mariehamn”la görüşlər zamanı stadiondan izləmək imkanı da əldə edib. Joan Paulo yalnız bir dəfə legioner həyatı yaşayıb ki, bu da 2009/10 mövsümündə Portuqaliyanın “Freamunde” klubu olub.

Hücum xəttinə gəlincə isə, hazırda bu mövqe üçün 2 futbolçu ilə danışıqlar danışıqlar gedir. Hansı futbolçu ilə danışıqlar baş tutsa, o zaman həmin forvardla müqavilə bağlanılacaq.

Qeyd edək ki, “İnter” “Tromsö” ilə oyuna bir gün qalmış iştirak ərizəsinə oyunçu əlavə etmək hüququna malikdir.