Fil Dişi Sahili İraqa uduzub, yığmamıza rəqib oldu
12.07.2013 - 22:06
Ölkəmizdə keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün turnirin yarımfinal mərhələsinə yekun vurulub.
Finala gedən yolda millimizin Oman yığmasına (1:2) uduzduğu görüşdə İraqla Fil Dişi Sahili üz-üzə gəlib. Qarşılaşmada Asiya təmsilçisi afrikalıları darmadağın edib – 3:0.
Beləliklə, baş məşqçi Nazim Süleymanovun yetirmələri 3-cü yer uğrunda keçirləcək görüşdə Fil Dişi Sahili ilə qarşılaşacaq. Komandamızı məğlub edən Oman isə finalda İrqala münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, hər iki matç iyulun 14-də keçiriləcək.

0
0