Nazim Süleymanov: İki gündən bir oyun keçirmək çox çətindir
12.07.2013 - 23:01
Nazim Süleymanov: İki gündən bir oyun keçirmək çox çətindir
“İki gündən bir oyun keçirmək çox çətindir. Bunu uduzduğumuza görə demirəm. Həmin müddətdə bərpa prosesi keçə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri hərbçilər üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nazim Süleymanov deyib.

O, hərbçilər arasında keçirilən I dünya kubokunun yarımfinal mərhələsində Oman yığmasına 1:2 hesabı ilə uduzmasına şərh verib: “Fiziki hazırlığımızın yüksək səviyyədə olmaması da öz sözünü dedi. Bununla belə, futbolçulara təşəkkür edirəm. Məğlubiyyəti də həzm etmək lazımdır. Çalışacağıq ki, 3-cü yer uğrunda oyunda nəticə qazanaq. Oyun ərzində futbolçular sarı və qırmızı vərəqələrdən özlərini sığortalamağı bacarmalıdırlar. Heç nədən qırmızı vərəqə aldıq”.

Qeyd edək ki, yığmamız 3-cü yer uğrunda keçirləcək görüşdə Fil Dişi Sahili ilə qarşılaşacaq. Komandamızın Afrika təmsilçisi ilə oyunu iyulun 14-də, saat 17:00-da, “Dalğa Arena”da baş tutacaq.

Mənbə: affa.az