Növbəti püşkün vaxtı açıqlandı
13.07.2013 - 00:18
Növbəti püşkün vaxtı açıqlandı
UEFA Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkünün vaxtını açıqlayıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək mərasim iyulun 19-na nəzərdə tutulub.

Sözügedən tarixdə Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının, bir saat sonra (saat 16:00-da) Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Qeyd edək ki, bu mövsüm ölkəmizi Çempionlar Liqasında "Neftçi", Avropa Liqasında "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edir.