“İnter” və “Xəzər Lənkəran” eyni saatda
13.07.2013 - 01:05
Klublarımız - “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki oyunlarının başlama saatları və hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki təmsilçimizin matçları eyni saatda başlayacaq.
Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda Polşa “Pyast”ını qəbul edəcək Ağdam klubunun oyunu saat 21:00-da start veriləcək. Qarşılaşmanı isə Xorvatiyadan olan hakim Damir Batiniç idarə edəcək.
Norveç təmsilçisi "Tromse" ilə səfərdə üz-üzə gələcək olan “İnter”in görüşü isə saat 22:00-da başlayacaq. Oyunu isə UEFA ukraynalı referi Yuri Mojarovskiyə tapşırıb.
“Makkabi” – “Xəzər Lənkəran” matçı da "Tromse" – “İnter” qarşılaşması ilə eyni vaxtda (22:00) start verəcək. Bu oyunu isə Sloveniyadan olan hakim Slavko Vinçiç idarə edəcək.
Həmçinin bu komandalar arasında keçiriləcək cavab oyunlarının da başlama vaxtı açıqlanıb. “Pyast” – “Qarabağ” saat 20:30, “İnter” – "Tromse" və “Xəzər Lənkəran” – “Makkabi” görüşləri 21:00-da start götürəcək. Lakin hələlik hakimlərin adları bəlli deyil.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 18-də, cavab görüşləri isə bir həftədən sonra keçiriləcək.
18 iyul
21:00. “Qarabağ” (AZƏRBAYCAN) – “Pyast” (Polşa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Damir Batiniç (Xorvatiya)
22:00. “Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN)
Tromse. “Alfheym” stadionu
Baş hakim: Yuri Mojarovski (Ukrayna)
22:00. “Makkabi” (İsrail) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN)
Hayfa. “Kiryat Eliezer” stadionu
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
25 iyul
20:30. “Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN)
Qlivitse. “Pyast” stadionu
21:00. “İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç)
Bakı. “Bayıl Arena”
21:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail)
Lənkəran. Mərkəzi şəhər stadionu

0
0