Qomes iyulun 15-də İtaliyaya gələcək
13.07.2013 - 01:48
Qomes iyulun 15-də İtaliyaya gələcək
“Fiorentina” ilə ilkin razılığa gələn “Bavariya”nın hücumçusu Mario Qomesin İtaliya klubu ilə müqavilə bağlayacağı tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının üzvü iyulun 15-də Florensiya şəhərinə gələcək.

O, yeni komandasında tibbi müayinədən keçəcək və daha sonra “Fiorentina” ilə müqavilə imzalayacaq. Lakin hələlik transferin maliyyə detalları və müqavilənin müddəti ilə bağlı məlumat bildirilmir.

Qeyd edək ki, 27 yaşlı forvard 2009-cu ildən münhenlilərin şərəfini qoruyur. O, başa çatan mövsümdə 21 matçda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib.