Bizə yad olmayan hakim
13.07.2013 - 02:30
Avropa Liqasının II təsnifat mərhələsinin “Tromse” – “İnter” arasında ilk oyununu idarə edəcək Yuri Mojarovskini yaxından tanıyaq. Apasport.az saytının məlumatına görə, ixtisasca müəllim olan 36 yaşlı arbitr Ukraynanın Lvov şəhərində anadan olub.
Onu heç də təcrübəli hakim saymaq olmaz. Belə ki, Mojarovski öz ölkəsinin Premyer Liqasında cəmi 5 ildir ki, hakimlik edir. Yuri 2008-ci ildə Premyer Liqada debüt edib və 1 il sonra Ukrayna kubokunun yarımfinalını ona tapşırıblar. “Şaxtyor” - “Dinamo” arasında keçirilən matçda Mojarovski işinin öhdəsindən əla gəlməyi bacarıb. 1:0 hesabı ilə Donetski təmsilçisinin xeyrinə başa çatan görüşdə Yuri nüfuzlu hakim Lyuboş Mixeldən yüksək qiymət alıb.
2011-ci ilin may ayının 1-də bu komandaların Premyer Liqanın XXVII turu çərçivəsində baş tutan matçında isə Mojarovski biabırçılığı ilə yadda qalıb. “Dinamo” stadionunda keçirilən oyunda Dario Srna və Andrey Şevçenkonun mübarizəsini kobudluq kimi görüb, qonaqların qapısına mübahisəli penalti təyin edib. Daha sonra Mirça Luçeskunu texniki zonadan qovub və bərbad idarəçiliyi sayəsində “Dinamo” meydandan 3:0 hesablı qələbə ilə ayrılmağı bacarıb. Bu görüşdən sonra o, Ukraynada tənqid atəşinə tutulmuşdu.
Mojarovski 2011-ci ildən isə FİFA hakimi olub. UEFA həmin ilin iyulun 7-də ona Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la Litva “Banqa”sı arasında cavab oyununun idarəçiliyini tapşırıb.
Təmsilçimzin qələbə (3:0) qazanıb, növbəti mərhələyə keçdiyi vaxta qədərsə, Yuri yalnız 17 yaşadək yığmaların Avropa birinciliyinin elit mərhələsində İspaniya Şimali İrlandiyanı 5:1, ardınca isə sonuncular Belçikanı 2:1 hesabı ilə üstələdiyi görüşü idarə edib.
Qeyd edək ki, “Tromse” – “İnter” oyunu iyulun 18-də keçiriləcək. “Alfheym” stadionunda reallaşacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

0
0