Avro-2008-in mükafatçısı Abışovun yanına gedir
13.07.2013 - 03:10
Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Dmitri Torbinskiy yaxın günlərdə millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”ə keçə bilər. Apasport.az saytının məlumatına görə, 29 yaşlı oyunçunun təmsilçisimizin komanda yoldaşı olması üçün hazırda danışıqlar aparılır.
Torbinskiy 2008-ci ildə azad agent kimi “Spartak”dan “Lokomotiv”ə keçib. Bu vaxta qədərsə o, yalnız iki kluba aid olub. Belə ki, Dmitri həm Moskva klubunun şərəfini qoruyub, həm də Çelyabinsk “Spartak”ında icarə əsasında çıxış edib. Torbinskiy 2011-ci ilin martından 2013-cü ilin sonuna kimi “Lokomotiv”lə müqavilənin müddətini uzadıb. Ötən il yarımmüdafiəçi premyer-liqada 17 matçda forma geyinib və 3 qola imza atıb.
Qeyd edək ki, Torbinskiy Avro-2008-nin ¼ finalında Hollandiya yığması ilə görüşdə Rusiya millisinin qələbə topunu vurub, komandasını ilk dəfə yarımfinalına çıxmağa müvəffəq olmuşdu. Lakin Dmitri finala gedən yolda turnirin gələcək qalibləri İspaniya ilə oyunda cəzalı olduğu üçün meydana çıxa bilməmişdi.

0
0