Misirli biznesmen ingilis klubunu amerikalı milyarderə satdı
13.07.2013 - 05:45
Misirli biznesmen ingilis klubunu amerikalı milyarderə satdı
İngiltərənin “Fulhem” klubunun yeni sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Pakistan mənşəyi amerikalı milyarder Şahid Xan Premyer Liqa təmsilçini 200 milyon funt-sterlinq dəyərində alıb.

Bu komandanın əvvəlki sahibi 84 yaşlı Misirdən olan biznesmen Məhəmməd Əl-Fayed bu haqda klubun satına açıqlama verib: “Unudulmaz 16 il boyunca “Fulhem”ə sahib olmaq həzz və şərəf idi. İndi tarixi dəyişikliklər olur və mən əminəm ki, həyatda əhəmiyyətli müvəffəqiyyətlərə artıq nail olmuş yeni sahibin rəhbərliyi altında klub yeni zirvələrə yiyələnəcək”.

Qeyd edək ki, “Fulhem” ötən mövsümü 12-ci pillədə başa vurub.