Lənkəranda hollandiyalı, Bakıda israilli
13.07.2013 - 09:00
Lənkəranda hollandiyalı, Bakıda israilli
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 25-də meydana çıxacaq Azərbaycan təmsilçilərinin qarşılaşmalarında fit çalacaq referilər də müəyyənləşib.

Polşada “Pyast”ın qonağı olacaq “Qarabağ”ın matçında bolqarıstanlı Stanislav Todorov fit çalacaq. Azərbaycandakı oyunlara isə hollandiyalı və israilli gələcək. Onlar müvafiq olaraq Lənkəran və Bakıdakı görüşü idarə edəcək. Cənubluların İsrail “Makkabi”si (Hayfa) ilə oyununda Danni Makkeli, paytat təmsilçisinin Norveç “Tromse”si ilə görüşündə isə Eli Haçmon ədaləti qoruyacaq.

25 iyul
20:30. “Pyast” (Polşa) – “Qarabağ” (AZƏRBAYCAN)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan)
Qlivitse. “Pyast” stadionu

21:00. “İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç)
Baş hakim: Eli Haçmon (İsrail)
Bakı. “Bayıl Arena”

21:00. “Xəzər Lənkəran” (AZƏRBAYCAN) – “Makkabi” (İsrail)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Lənkəran. Mərkəzi şəhər stadionu