“Bakıda hansı hərəkətlərə yol verməməyi bilirik”
13.07.2013 - 10:08
“Bakıda hansı hərəkətlərə yol verməməyi bilirik”
“Əvvəlcədən də “Qarabağ”la qarşılaşa biləcəyimizi ehtimal edirdik. Bizim klubun Bakıya səfəri 50-80 min avroya başa gələcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun prezidenti Yaroslav Kolodzeyçik deyib.

Qlivitsa təmsilçisinin rəhbəri Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la oyunları haqda danışıb. Polşalı iyulun 18-də ölkəmizə səfərlə bağlı planlarını da açıqlayıb: “Bakıya iyulun 23-də gedəcəyik. Orada 5 ulduzlu oteldə qalacağıq. Azərbaycanda nəyi necə etməli olduğumuzu yaxşı bilirik. Bakıda necə qidalanmalı və hansı hərəkətlərə yol verməməkdən də xəbərimiz var”.