Dirk Kuyt Lənkəranda
13.07.2013 - 10:50
Dirk Kuyt Lənkəranda
İyulun 21-də “Xəzər Lənkəran”la yoxlama oyunu keçirəcək Türkiyənin “Fənərbaxça” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Lənkərana əsas heyətlə gələcək İstanbul təmsilçisinin ulduz oyunçularından sayılan Dirk Kuytun da kənarda qalmayacağı dəqiqləşib.

Hollandiyalı Azərbaycana səfər ərəfəsində “Fənərbaxça”nın düşərgəsini tərk edəcək. Belə ki, futbolçu tanınmış həmyerlisi Mark van Bommelin şərəfinə təşkil olunacaq matçda iştirak etməlidir.

İyulun 18-də vətənində olacaq Dirkin bu səfərin ardından özünü Azərbaycana gələn heyətə çatdıracağı müəyyənləşib. Hücumçu yalnız “Boluspor”la yoxlama matçında istanbullulara kömək etməyəcək.