Avstriyadan 4 məğlubiyyətlə
13.07.2013 - 12:02
Avstriyadan 4 məğlubiyyətlə
Avstriyadakı təlim-məşq toplanışını başa vuran “Neftçi” vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsi ərəfəsindəki hazırlıqlarda “ağ-qaralar” 6 yoxlama oyunu keçirib.

Bu oyunlarda cəmi 1 qələbəsi olan bakılılar “Vakker Burqhauzen”i (Almaniya) 3:0 hesabı ilə məğlub edib. “Terek”lə (Rusiya) qolsuz heç-heçə edən Azərbaycan çempionu 4 dəfə meydanı məğluv tərk edib. Böyükağa Hacıyevin yetirmələri “Volqa”ya (Rusiya) 0:1, “Enerji”yə (Almaniya) 0:2, “Makkabi”yə (Hayfa, İsrail) 0:3, “ Dinamo”ya (Drezden, Almaniya) 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki “Neftçi” - “Skenderbeu” oyunu iyulun 17-də baş tutacaq. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlanacaq.