“Skenderbeu”nun prezidenti: Biz “Neftçi”dən qorxmuruq
13.07.2013 - 13:08
“Skenderbeu”nun prezidenti: Biz “Neftçi”dən qorxmuruq
“Çempionlar Liqasının II təsnifat mərhələsində əla oyun göstərəcəyik. Hazırda komandamız tamamilə bu qarşılaşmaya köklənib və əla formadadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Çempionlar Liqasında rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib.

Klub rəhbəri iyulun 18-də baş tutacaq ilk oyun haqda fikirlərini açıqlayıb: “Bütün bunlar bizə nikbin düşünməyə əsas verir. Əminəm ki, rəqibin güclü olmasına baxmayaraq uğur qazana biləcəyik. Biz çox səviyyəli futbolçulardan təşkil olunan komanda ilə qarşılaşacağıq. Lakin müsbət nəticə qazanmaq üçün potensialımızın olduğuna şübhəm yoxdur. Azərbaycan çempionundan qorxmuruq. Bakıya yaxşı nəticə qazanmağa gedirik. Ümid edirəm ki, uöğur bizim tərəfimizdə olacaq”.