“Qəbələ”də daha bir braziliyalı - FOTO
13.07.2013 - 13:56
“Qəbələ”də daha bir braziliyalı - FOTO
“Qəbələ” daha bir futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, rusiyalı baş məşqçi Yuri Syomin heyətə braziliyalı oyunçu cəlb edib.

Qəbələ təmsilçisi yarımmüdafiə xəttini Leonardo da Silva ilə gücləndirib. Cənubi amerikalı ilə 1 illik müqavilə imzalanıb. 1992-ci il martın 18-də anadan olan orta sahə oyunçusu peşəkar futbolçu karyerasında ENP (Kipr) və "Metallurq" (Donetsk, Ukrayna) klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, Leonardo "Qəbələ"də 42 nömrəli forma ilə çıxış edəcək.