Qana 3-cü, Fransa çempion oldu
14.07.2013 - 14:35
Qana 3-cü, Fransa çempion oldu
Türkiyədə keçirilən 20 yaşadək futbolçulardan ibarət dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ötən gün aşarkeşlər 2 oyuna şahidlik edib.

Əvvəlcə III yer uğrunda matçda Qana və İraq yığmaları qarşılaşıb. Afrika təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək, turnirin bürünc mükafatına sahib olub.

İstanbulda baş tutan həlledici oyunda isə Fransa və Uruqvay milliləri üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə fransalılar galib gələrək, dünya çempionu adını qazanıblar.

Qeyd edək ki, Türkiyə Futbol İttifaqının dəvəti ilə AFFA-nın baş katibi Elxan Məmmədov da İstanbula gedib və o, bu qarşılaşmaları izləyib.