Yığmamızın baş məşqçisi “Dalğa Arena”da iki oyun izləyəcək
14.07.2013 - 14:38
Yığmamızın baş məşqçisi “Dalğa Arena”da iki oyun izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Hərbçilər arasında I dünya kuboku turnirinin III yer uğrunda oyununu və final qarşılaşmasını izləyəcək. Apasport.az saytının məlumatına görə, saat 17:00-da başlayacaq III yer uğrunda oyunda Azərbaycan və Fil Dişi Sahili, saat 20:30-da start verəcək final matçında isə Oman və İraq yığmaları qarşılaşacaq.

Hər iki oyun AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.

Mənbə: affa.az